az | en | ru | tr

   Faydalı məlumatlar

Bitki yağının sağlamlığa xeyri

100 % bitki yağlarından Möcüzə kərə ləzzətli günəbaxan yağı, qarğıdalı yağlar 1 və 2 litrlik qablaşdırmada, bitki yağları 250 qramlıq növləri ilə plov bişirmədə çox əlverişlidir. Kərəyağı ləzzətini xörəklərdə hiss etdirmək və həm bitki yağını, həm də kərə yağını istifadə etmə şansı yaradan məhsuldur. Şirniyyatlarda, xörəklərdə və qızartmalarda yüksək effektə malikdir.

%100 bitki yağlarından əldə edilən Möcüzə kərə ləzzətli yağından plov bişirərkən, səhər naharında eləcə də şirniyyat bişirərkən rahatlıqla istifadə edə bilərsiniz. İçərisində olan kərə ətri, yeməklərdə kərə yağı ləzzətini əksetdirir və həm bitki mənşəli yağı həm də kərə yağını bir yerdə istifadə etmə şansı yaradır. Yeməkləriniz xoş ləzzətli və insanların ləzzət almasını istəyirsinizsə Möcüzə yağından istifadə edin. Nuş olsun

Qarğıdalı yağının faydaları:

Mədə bağırsaq üçün faydalıdır
İstifadəsi çox rahatdır
Kökəltmir
Yüngüldür
Tutumlu və rəngi yaxşıdır
Pəhriz xarakterlidir
Büdcəyə uyğun yağdır
Köp və mədə qıcqırması verməz
Xoşa gəlməz qoxusu yoxdur
Vitaminləri çoxdur
Xəfif yağdır
Xolesterolu yoxdur
Qızartma və salatlar üçün idealdır

Müalicəvi əhəmiyyəti:
Günəbaxan yağı yağ əridən vitamin hesab olunan E vitamininin başlıca mənbəyidir. E vitamini ateroskleroz və digər ürək xəstəliklərindən müdafiə edən mükəmməl antioksidləşdiricidir. O immun sistemini möhkəmləndirir, yaşlanmanı əngəlləyir və nəhayət, qara ciyər üçün çox vacibdir. Tərkibindəki E vitamini sayəsində günəbaxan yağı cinsi və digər endokrin vəzilərin funksiyalarına təsir edir, zülallar və karbohidratların mübadiləsində iştirak edir, yaddaşı gücləndirir. Günəbaxan yağının digər vacib bir komponenti isə doymamış yağ turşularıdır. Bu turşular F vitamini adlanır və qara ciyər hüceyrələrinin, bağırsaqlar və sinir tellərinin fəaliyyəti üçün çox vacibdir.

Salatlara, yoxsa tavaya?
Unutmayın ki, güclü isinmə zamanı bitki yağının faydalı xüsusiyyətləri itir, bir müddətdən sonra isə ümumiyyətlə sağlamlıq üçün zərərli olur. Ona görə də heç vaxt istifadə edilmiş eyni yağda bir neçə dəfə qızartma hazırlamayın. Günəbaxan yağından ən faydalı istifadə onun salatlarda istifadə edilməsidir. Təzə tərəvəz və göyərtilər sizin orqanizminizi suda həll olan vitaminlər, günəbaxan yağı isə yağı həll edən vitaminlərlə gündəlik normanı təmin edəcək. Digər bir nüans isə bundan ibarətdir ki, yalnız yağların iştirakı ilə beta- karotin tərəvəzlərdən A vitamininə çevriləcək. Beləliklə, günəbaxan yağı salatlar üçün ideal variantdır.